15 Oktyabr 2019, Çərşənbə axşamı - 23:42

Necə işləyir: Güc qurğusunun işə salınması

Necə işləyir: Güc qurğusunun işə salınması

Müəllif: Afgan Haji, redaktor

06:45 - 01 Noyabr, 2016

Müasir Formula 1 bolidinin mühərriyini işə salmaq elə də asan deyil. F-1.az saytı sizə bu prossesin necə baş verdiyini izah edir.

Mercedes PU106C Hybrid güc qurğusunun 25 685 detalının hamısı cana gəlməzdən əvvəl, raketin Aya uçuşunun startına hazırlığa oxşayan bütöv bir proseduru yerinə yetirmək zəruridir və o başa çatmamış, maşın yerindən tərpənməyəcək.

Hər şey elektrosistemin müdafiəsinin yoxlanılmasından başlayır. Litium-ion 999 voltluq batareya tam şəkildə izolə olunmalıdır. Sonra batareyalar, sabit cərəyan dəyişdiricisi, MGU-K və MGU-H arasında təmas baş verir. Cərəyan elektronikalı dörd boksa yetişməzdən əvvəl dəyişdirici gərginliyi 12 volta qədər azaldır. O, mühəndislərə mayelərin, yağın və yanacağın temperaturu haqqında məlumat verən göstərici cihazları aktivləşdirir.

Startdan əvvəl mayelər və yağ çöldən selsi üzrə 60 dərəcəyədək qızdırılır. Yanacaq adi temperaturunu saxlayır və elektrik nasoslarının köməyi ilə çəndən kollektora ötürülür, buradansa püskürtmə üçün yüksək təzyiq nasosuna verilir. Yanacağın təzyiqi, yağın və mayelərin temperaturu zəruri dərəcələrə çatdıqda, yağı mühərrikdən yağ bakına vurmaq üçün xüsusi sistem dirsəkli valı çevirir. Yalnız mühərrikdəki yağın səviyyəsi doğru diapazona çatdıqdan sonra alışdırma və püskürtmə sistemi aktivləşir, xarici qızdırma mexanizmi isə ayrılır. Yanacağın təzyiqi normada olanda, mühərrik işə düşür. Mühərriyin qızma prosesi başlayır, mühəndislər isə bütün temperatur və təzyiqlərin əlavə yoxlamasını aparırlar. Bundan sonra birinci ötürməni işə salmaq olar və maşın boksları tərk edir.


Son Xəbərlər

İnformasiya

Bölüm Texniki analiz
Mənbə Afgan Haji
Baxış Sayı 1. 306
Teqlər , , ,
Paylaş

logo