Mercedes daha Ferrari-nin əleyhinə deyil

Qış testlərindən sonra çempionatın yeddi komandası - Mercedes, Red Bull, AlphaTauri, McLaren, Renault, Racing Point və Williams - FİA-ya açıq məktub yazmışdılar. Yeddilik məktubda Ferrari-nin güc qurğusunun araşdırmasının nəticələrinin federasiya və komanda arasında məxfi razılaşma ilə nəticələnməsindən narazı olduğunu bildirmişdi.

Almaniyanın Auto Motor und Sport nəşrinin verdiyi məlumata görə, Mercedes yeddiliyi tərk edərək, FİA və Ferrari-yə qarşı irəli sürülən iddialardan imtina edib. Eyni zamanda, Racefans iddia edir ki, yerdə qalan komandalar hələ də Ferrari-nin keçən il texniki qaydaları pozduğunu öyrənmək səylərini davam etdirirlər.

Komandalardan birinin adı açıqlanmayan rəhbərinin dediyi kimi, Mercedes-in bundan sonrakı araşdırmalardan imtina etmək qərarından çox məyus olublar: “Bütün bu məsələni başlayıb, məktubu yazıb, bizə imzaladıb, sonra isə sadəcə getdilər…”

F-1.az xarici mediaya istinadən bildirir ki, belə bir qərar yüksək səviyyədə qəbul olunub. Daimler AG konserninin İdarə Heyətinin sədri Ola Kollenius Fiat Chrysler konserninin baş direktoru və Ferrari-nin prezidenti Con Elkannla görüşdükdən sonra Toto Volffdan araşdırmaları dayandırmağı xahiş edib.

İtalyan mətbuatına görə, şirkətlər sürücüsüz nəqliyyat vasitələrinin inkişafı sahəsində əməkdaşlıq etmək niyyətindədirlər, Elkann isə Kolleniusla görüş zamanı Formula1-dəki belə mübahisələrin nüfuz itkisinə səbəb ola biləcəyindən narahatlığını ifadə edib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*