R.Qrojan Həmiltonun davranışlarından narahatdır

Roman Qrojan Avstriyadakı ilk sərbəst yürüşlərdə Həmiltonun hərəkətinin böyük bir qəzaya səbəb ola biləcəyini düşünür.

F-1.az xatırladır ki, Lyuis Həmilton ilk seansda 3-cü döngədə yerində fırlanaraq trasdan çıxmış, sonra təhlükəli formada trasa qayıtmışdı. Ondan bir qədər geridə olan və qəzadan yayınmaq üçün manevr edən Qrojan da yerində fırlanmışdı.

Roman Qrojan: “Lyuisin trasda etdikləri xoşuma gəlmədi. Yerində fırlandı, amma əyləcə toxunmadı. Yenidən trasa qayıtdı. Mən də ondan bir qədər arxada idim və qəzadan yayınmaq üçün yerimdə fırlanmalı oldum. İkinci seansda da sıralanma turu rejimində çalışdığımda hər dövrədə 2-ci döngəni düz keçirdi və trasın ortasında qalaraq mənə maneçilik törədirdi. Trasda onunla çox rastlaşdım”.

Fransız sürücü bu mövzunu Həmiltonla danışıb-danışmayacağı ilə bağlı suala belə cavab verib: “Onunla söhbət etmək imkanımız olsa, danışacam. Çünki böyük qəza baş verə bilərdi. Heç kim ilk seansda və ilk dövrədə belə bir şeylə qarşılaşmaq istəməz…”

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*