K.Rəykkönen NASCAR-da ilk testlərinə hazırlaşır

Gələn həftə Kimi Rəykkönen NASCAR-ın Camping World Truck seriyasında çıxış edən Kyle Busch Motorsports komandasına məxsus olan Toyota Tundra pikapının […]

Gələn həftə Kimi Rəykkönen NASCAR-ın Camping World Truck seriyasında çıxış edən Kyle Busch Motorsports komandasına məxsus olan Toyota Tundra pikapının sükanı arxasında ilk testlərini keçirəcək. Komandanın nümayəndələri təsdiq ediblər ki, testlər bazar ertəsi uzunluğu 0.5 mil olan Gresham Motorsports Park oval trasında baş tutacaq.

Kayl Buşun komandası bu mövsüm seriyada artıq arxada qalan üç mərhələdə iki qələbə qazanıb, ona görə də Kimi ciddi peşəkarlarla işləməli olacaq.

Kayl Buş: “Məncə, bu əladır – Formula1-in və ya başqa seriyaların sürücülərinin NASCAR-a gəlməsi həmişə bayramdır. Bunun sayəsində NASCAR-da müxtəlif ölkələrin nümayəndələri çıxış edirlər. Ümid edirəm ki, Kimidə hər şey alınacaq və ABŞ-a köçə biləcək ki, bizim seriyaya daha çox vaxt ayırsın.”

Kiminin ilk çıxış edəcəyi yarış çox güman ki, mayın 20-də Şarlottada baş tutacaq. Bu yarış Sardiniya Rallisindən iki həftə sonra keçirilməlidir, Kimini hazırlığa kifayət qədər vaxtı olacaq.

Rəykkönen NASCAR-da çıxış etmiş ilk finlandiyalı sürücü ola bilər: bir neçə il əvvəl onun həmyerlisi Mika Salo (Lotus, Tyrrel, Arrows, BAR, Ferrari, Sauber və Toyota komandalarının keçmiş sürücüsü) testlərdə iştirak etsə də, yarışlara qatılmamışdı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*