V.Bottas: Tənqidlərə cavab verdim

Rusiya Qran Prisində qələbə qazanan Valtteri Bottas özünü yaxşı hiss edir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü komanda yoldaşı Lyuis Həmiltonun 10 saniyə cəza alması ilə bu mövsüm ikinci qələbəsini qazanıb.

Valtteri Bottas: “İlk döngədə hücum etdim. Bilirdim ki, startda fürsətim olacaq. Amma problem yaşadım. Əyləcə basarkən, dəbilqəmin şüşəsinə bir şey dəydi. Deyəsən arı idi. Buna görə də əylənmə zonasını görə bilmədim və geniş trayektoriya ilə döndüm.

Bilirdim ki, yarış uzun olacaq və Medium təkərlə fürsətim olacaq, amma Lyuis cəza aldı. Beləliklə, önüm boşaldığı üçün özümü yaxşı hiss etdim və hər şeyi nəzarətdə saxladım.

Maksın tempindən qorxmadım, çünki tempim yaxşı idi. Əla gün oldu. Yenidən qalib gəlmək gözəl hissdir. Bir müddət idi ki, qalib gələ bilmirdim. İndi isə tempimi qorumalı və Lyuisə qarşı yaxşı xallar qazanmalıyam.

Tənqidlərə reaksiya vermək istədim. Əvvəlki yarışlardan qalmış məyusluqlar var idi. Bu dəfə hər şey qaydasında getdi. Önümüzdə çoxlu yarışlar var və hər şey ola bilər. Var qüvvəmlə sürməyə davam edəcəm. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*