17 Sentyabr 2019, Çərşənbə axşamı - 15:21

Ferrari Mucelloda ciddi yeniliklərini göstərib

Ferrari Mucelloda ciddi yeniliklərini göstərib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:21 - 03 May, 2012

Mucello testlərinin son günü Ferrari ciddi modernizə olunmuş maşınının yoxlanmasına başlayıb: texniki yeniliklər kompleksinə, hər şeydən əvvəl, fərqli konfiqurasiyalı qazburaxma […]

Mucello testlərinin son günü Ferrari ciddi modernizə olunmuş maşınının yoxlanmasına başlayıb: texniki yeniliklər kompleksinə, hər şeydən əvvəl, fərqli konfiqurasiyalı qazburaxma sistemi daxildir, amma F2012-nin arxa hissəsi də tam dəyişdirilib.

Bu gün komanda planlaşdırdığı yeniliklərin bir qismini göstərib, digər yeniliklərin debütü isə İspaniya uik-endinə təsadüf edəcək. Hələ dünən Felipe Massanın maşınında burun elementinin altında yeni deflektorlar peyda olmuşdu, bu gün isə Fernando Alonso arxa hissəsi tam dəyişdirilmiş F2012-ni trasa çıxarıb.

Britaniyanın Autosport telekanalının texniki məsləhətçisi Qəri Anderson hesab edir ki, bu yeniliklər maşının sürətini ən azı 0.2-0.3 saniyə artıracaq.

alo7
Hərçənd, bu gün Skuderiyanın test briqadası yeniliklərin effektliyini tam qiymətləndirə bilməyib, çünki bir neçə sürətli dövrələr seriyasından sonra Fernando Alonso 11-ci döngənin çıxışında trasdan çıxıb, çınqıllı sahəni keçib və baryerlərə çırpılıb – maşının ön hissəsi ciddi zədələnib. Mexaniklərin bildirdiklərinə görə, maşın bir də nahardan sonra trasa çıxa biləcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 323
Teqlər
Paylaş

logo