Willans Brawn GP-nin tərəfdaşıdır

Brawn GP komandasının mətbuat xidməti Willans şirkəti ilə müqavilənin bağlandığını xəbər verib – şirkət təhlükəsizlik kəmərləri istehsal edir və 2009-cu […]

Brawn GP komandasının mətbuat xidməti Willans şirkəti ilə müqavilənin bağlandığını xəbər verib – şirkət təhlükəsizlik kəmərləri istehsal edir və 2009-cu ildə komandanın rəsmi təchizatçısı olacaq. Willans-ın hazırladığı kəmərlər bir çox seriyalarda, rallidən tutmuş, NASCAR, İRL və Formula1-də istifadə olunur, bu kəmərlərlə sürücülər 252 qələbə və 19 titul qazanıblar…

Ross Braun: “Biz Willans-la müqavilə bağlamağımıza şadıq və şirkətin hazırladığı təhlükəsizlik kəmərlərində Brawn Mercedes maşınlarında istifadə edəcəyik. Sürücülərin təhlükəsizliyi Formula1-də vacib məsələdir və biz fəxr edirik ki, bu sahədə ən uğurlu şirkətlə tərəfdaşlıq edirik.”

Saymon Perkins, Willans-ın icraçı direktoru: “Bizim kəmərlər Formula1-də ən yüngüldür və biz ümid edirik ki, Brawn GP komandası ilə əməkdaşlıq sayəsində kəmərlərin etibarlılığını artırmaqla onların çəkisini bir qədər də azaldacayıq. Censon Battonun sayəsində biz Formula1-də qazanılmış qələbələrin sayını 250-dən aşırmışıq.”

Brawn GP-dən başqa Willans Scuderia Toro Rosso komandasının da rəsmi təchizatçısıdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*