M.Smit Sauber-dən ayrılıb

Sauber komandasının texniki direktoru Mark Smit yeni mövsümün başlanmasına bir həftə qalmış komandadan ayrılıb....

F-1.az xatırladır ki, Mart Smit Sauber komandasına keçən ilin iyul ayında gəlmişdi. Sauber komandası Smitin ailəvi problemlərə görə ayrıldığını bildirib.

Komanda Smitin komandadan getməsi barədə açıqlama verib: “O, artıq bizim şirkətdən ayrıldı. Marka, gördüyü işlərə görə, təşəkkür edirik və ona həyatında uğurlar arzu edirik”.

Qeyd edək ki, Smit bundan əvvəl Red Bull və Caterham komandalarında işləmişdi. Britaniyalı mütəxəssis Sauber komandasına gec qoşulduğu üçün 2016-cı il bolidi C35 üzərində az işləyib.

İsveçrə təmsilçisi Smiti kimin əvəz edəcəyi barədə heç bir məlumat verməyib…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*