A.Parr: “Avropa Komissiyası Formula1-lə məşğul olmalıdır”

Williams komandasının keçmiş icraçı direktoru Adam Parr hesab edir ki, Avropa Komissiyası Formula1 sahiblərinin Ferrari və Red Bull kimi top-komandalara […]

Williams komandasının keçmiş icraçı direktoru Adam Parr hesab edir ki, Avropa Komissiyası Formula1 sahiblərinin Ferrari və Red Bull kimi top-komandalara çempionatın gəlirlərinin bölüşdürülməsi zamanı yaratdıqları xüsusi şəraitə diqqət yetirməlidir. Onun fikrincə, bu cür bölgü Avropa Antiİnhisar qanunvericiliyinin pozulmasıdır.

Parr bu ilin mart ayında komandasını tərk etməli olmuşdu, bundan bir həftə əvvəl isə Sky News telekanalı xəbər vermişdi ki, Ferrari və Red Bull çempionatda 2020-ci ilə qədər qalmaq razılığına görə hər biri 45 milyon dollar əlavə vəsait alacaq, bundan əlavə bu iki komandanın nümayəndələri altı nəfərdən ibarət Formula1-in direktorlar şurasında daim təmsil olunacaq. Həmin vaxt Adam Parr Berni Ekklstounla danışıqlarda Williams komandasının adından çıxış edirdi.

Bloomberg agentliyinə müsahibəsində Parra təsdiq edib ki, “ciddi əminəm ki, səlahiyyətlərin və gəlirlərin qeyri-bərabər bölgüsü qanuna ziddir, amma əmin deyiləm ki, Formula1 ədalətli rəqabət prinsiplərinə uyğun təşkil olunub…”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*