22 Mart 2019, Cümə - 22:54

Komanda başçıları Alonsonu ən yaxşı sürücü seçiblər

Komanda başçıları Alonsonu ən yaxşı sürücü seçiblər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:41 - 13 Dekabr, 2012

Mövsümün sonunda Britaniyanın Autosport həftəliyinin jurnalistləri çempionatda iştiark edən komandaların başçıları arasında ənənəvi rəy sorğusu keçiriblər. Horner, Domenikali, Uitmarş, Bulye, […]

Mövsümün sonunda Britaniyanın Autosport həftəliyinin jurnalistləri çempionatda iştiark edən komandaların başçıları arasında ənənəvi rəy sorğusu keçiriblər. Horner, Domenikali, Uitmarş, Bulye, Braun, Kaltenborn, Förnli, Uilyams, Tost, Abitebul, But və Peres Sala məxfi qaydada mövsümün ən yaxşı on sürücüsünün siyahısını jurnalistlərə təqdim ediblər.

Jurnalistlər isə hər bir siyahıya çempionatda tətbiq olunan xalhesablama sistemi üzrə xal veriblər, yəni siyahıda 1-ci olan sürücüyə 25, 2-ci olan sürücüyə 18, 10-cu olan sürücüyə isə 1 xal veriblər.

Qeyd edək ki, son illərdə bu mükafat yalnız Sebastyan Fettel və Fernando Alonsoya qismət olur. 2009-cu ildə komanda başçıları Fettelə, 2010-cu ildə Alonsoya, 2011-ci ildə isə yenidən Fettelə səs vermişdilər. Ənənə pozulmayıb və bu dəfə Alonso böyük üstünlüklə sorğuda birinci olub…

1. Fernando Alonso – 269
2. Sebastyan Fettel – 198
3. Lyuis Həmilton – 177
4. Kimi Rəykkönen – 176
5. Censon Batton – 104
6. Mark Uebber – 66
7. Niko Hülkenberq – 50
8. Niko Rosberq – 30
9. Serxio Peres – 30
10. Felipe Massa – 27


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 280
Teqlər , , ,
Paylaş

logo