K.Rəykkönen Arctic Rally-yə hazırlığını başa vurub

Kimi Rəykkönen Citroen C4 WRC-nin sükanı arxasında rəsmi debütünə hazırlığını başa vurub: bu gün Finlandiyanın şimalında Arctic Rally yarışı start […]

Kimi Rəykkönen Citroen C4 WRC-nin sükanı arxasında rəsmi debütünə hazırlığını başa vurub: bu gün Finlandiyanın şimalında Arctic Rally yarışı start alacaq, dünan axşam isə keçmiş Formula1 sürücüsü son məşqlərini edib…

Rovaniyemi şəhərinə rallinin startına həsr olunmuş mətbuat konfransında Kimi deyib ki, “qarşıma xüsusi bir məqsəd qoymamışam, bu məşqdir, biz sadəcə olaraq startdan finişə qədər getməyə çalışacayıq və baxaq görək nə edə biləcəyik.”

Kiminin şturmanı təcrübəli Kay Lindströmün fikrincə, sürücünün əsas problemi bütün yol boyu şturmanın oxuduğu yol xəritəsinə öyrəşməkdir: “Sürücü şturmanın oxuduğuna tam inanmalıdır. Hələlik bizim yeganə problemimiz bu sahədədir, amma biz inkişaf eidrik. Mən Kiminin sürətinə şübhə etmirəm.”

Arctic Rally-də Citroen zavod komandasının əsas sürücüsü Dani Sordo da çıxış edəcək, o da Kimidə olan eyni maşını idarə edəcək, həm komanda, həm də keçmiş Formula1 çempionu iki maşının və sürücülərin göstəricilərini müqayisə edəcəklər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*