K.Kobayaşini Sauber-də kim əvəz edəcək: Kovalaynen yoxsa Algersuari?

Kamui Kobayaşinin Sauber-dəki yeri gələn il üçün təhlükə altındadır. Avropa mətbuatı hesab edir ki, komanda yaponiyalı sürücünün yerinə Heykki Kovalaynenin […]

Kamui Kobayaşinin Sauber-dəki yeri gələn il üçün təhlükə altındadır. Avropa mətbuatı hesab edir ki, komanda yaponiyalı sürücünün yerinə Heykki Kovalaynenin və Xayme Algersuarinin namizədliklərini nəzərdən keçirir. Finlandiyanın Turun Sanomat qəzeti əminliklə bildirib ki, Peter Zauber Kovalayneni ciddi nəzərdən keçirir, öz növbəsində Heykki də komandanı dəyişmək imkanına işarə edib…

Heykki Kovalaynen: “Sirr deyil ki, mən ən azı heç olmasa xallar uğrunda mübarizə aparmaq istəyirəm. Mənə Caterham-da çox rahatdır, komanda ilə münasibətlərim əladır və biz düzgün istiqamətdə irəliləyirik. Əgər mövsümün gedişində inkişafımız kiafyət qədər olarsa, əvvəlki işimin üstündən xətt çəkməyin və başqa komandaya keçməyinmənası yoxdur. Amma mən artıq gənc deyiləm.”

Kamunin yerinə daha bir namizəd kimi mətbuat Xayme Algersuarinin adını hallandırır. Bu yaxınlarda gənc sürücü EFE xəbər agentliyinə bildirib ki, “gələn il mən 100% yarışlarda iştirak edəcəm.”

İspaniyanın Marca qəzeti isə həmyerlisinin dilindən yazıb: “Mən əminəm ki, gələn mövsümdə sürücülər bazarındakı vəziyyətdən asılı olmayaraq Formula1-ə qayıdacam. Əlbəttə, mən xahiş etmirəm ki, mənə dərhal qələbə qazanmaq imkanı verən maşın versinlər. Mən elə bir komanda ilə müqavilə bağlamaq istəyirəm ki, onun maşını ilə mütəmadi olaraq ilk onluqda finiş görə bilim. Hazırda bu, Williams, Sauber və Force İndia komandalarıdır. Məni məhz bu cür imkanı olan komandalara maraqlandırır.”

Komandanın başçısı Peter Zauber Silverstounda bildirmişdi ki, gələn mövsümə sürücü seçimi ilə tələsməyəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*