Lyuis Həmilton: Son dövrədə asfaltla ilişmə kifayət etmirdi

Ferrari sürücüləri həftəsonu ərzində rəqabətqabiliyyətli idilər, lakin Hunqarorinqdə poul McLaren komandasından Lando Norrisə qismət oldu - Lyuis Həmilton isə ona cəmi 0.012 saniyə uduzub…

Lyuis Həmilton: “Əvvəlcə Landonu təbrik edirəm, o əla dövrə vurdu!

Biz həftəsonu ərzində əla iş gördük. Kvalifikasiya zamanı maşına əmin idim. Nədənsə biz sonuncu cəhdə ilk çıxan olduq, mən bu qərarın düzgün olduğunu düşünmürəm. Bundan əlavə, son dövrədə mənə və Şarla nədənsə asfaltla ilişmə çatışmırdı.

Kvalifikasiya ərzində biz hamıdan sürətli idik, buna görə də qazanılmış kimi bir hiss var. Amma indi mən artıq bunu düşünmürəm. Bilmirəm, dövrəni bitirəndə kiminsə işinə mane olmuşam, ya yox. Nə baş verdiyini anlamağa çalışacağam, arxada kimsənin olduğunu bilmirdim.

Mən Hunqarorinqdə çıxış etməyi xoşlayıram, bu gün rəqabətqabiliyyətli idik, amma düşünürəm ki, sabah bizi çətin gün gözləyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*