L.Həmilton: Yeniliklərin təsirini hiss edirəm

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Monakoya gətirdikləri yeniliklərin təsirini hiss edir.

F-1.az xatırladır ki, Monrealda cümə günü qəribə keçib. Birinci sessiya texniki problemlərə görə sadəcə 5 dəqiqə davam edib. Buna görə ikinci sərbəst yürüşlərinin vaxtı 30 dəqiqə uzadılıb.

İkinci sərbəst yürüşlərin sonunda isə Lyuis Həmilton zirvədə olub: “Maşın pis deyildi. Məncə çoxdandır belə qeyri-stabil tras şəraiti görmürdük, çünki birinci sessiyada trasa çıxa bilmədik. Oradakı azarkeşlərə görə özümü pis hiss etdim, çünki burada çoxlu azarkeş var. CCTV kameralarına nə oldu bilmirəm, amma sonda trasa çıxdığımız və saatyarım sürdüyümüz üçün sevincliyəm. Uzun müddət idi ki, saatyarım sürmürdük. Buna görə vaxtdan maksimum istifadə etdik. Görək nə edirik.

Trasa çıxmaq üçün səbirsizlənirəm. Məni trasa çıxarın, ən yaxşı zaman nəticəsini göstərim deyirdim. Burada yarışmağı çox sevirəm. Bolid pis deyildi, amma görüləsi işlər var.

Özümü yaxşı hiss edirəm. Sadəcə qeyri-stabil gün idi. Deyəsən hamı qabarlarda problem yaşaşyıb. Bolidi təkmilləşdirməli və döngələrdəki balansımızı yaxşılaşdırmalıyıq. Amma yaxşı olacağıq. Bolid keçənilkindən daha yaxşıdır. İnkişaf etmişik. Monakoya gətirdiyimiz yeniliklərin təsirini hiss edirəm”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*