L.Həmilton Sutili təbrik edib

Lyuis Həmilton və Adrian Sutil çox mehriban dost idilər, amma 2011-ci il Çin Qran Prisindən sonra britaniyalı sürücünün qələbəsinə həsr […]

Lyuis Həmilton və Adrian Sutil çox mehriban dost idilər, amma 2011-ci il Çin Qran Prisindən sonra britaniyalı sürücünün qələbəsinə həsr olunmuş Şanxayın M1NT gecə klubunda keçirilən toplantıda baş verən insidentdən sonra dostluğa son qoyuldu.

Xatırladaq ki, gecə tədbirində Adrian sınmış bokalla Genii Capital fondunun icraçı direktoru və Lotus komandasının həmsahibi Erik Lyuksa bədən xəsarətləri yetirmişdi. Məhkəmədə isə Lyuis Adrianı müdafiə etməmişdi. Formula1-dən kənarda qalan almaniyalı sürücü bu müddətdə Lyuisə əlaqə saxlamamışdı. Amma dünən Force İndia ilə yeni müqavilə bağladıqdan sonra jurnalistlər keçmiş münasibətləri yada salıblar. Adrian çox qısa və qəti cavab verib: “Bizim heç bir münasibətimiz yoxdur!”

Bu gün səhər jurnalistlər eyni sualı Lyuisə veriblər…

Lyuis Həmilton: “Mən bir neçə dəfə ona elektron məktub yazmışdım. Mən eşitmişdim ki, Adrian qayıda bilər və ümid edirdim ki, hər şey alınacaq, biləndə ki, artıq müqavilə imzalanıb, ona təbrik yolladım. Mən ona görə çox şadam.

Düşünürəm ki, nə vaxtsa biz danışıb hər şeyi müzakirə edə biləcəyik. Mən görüşümüzü gözləyirəm – biz çoxdan görüşmürük. Mən ona yazdım ki, “ümid edirəm ki, sən hamıya sübut edəcəksən ki, komanda düzgün qərar qəbul edib…””

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*