Keçən il Formula1 80 milyon tamaşaçı itirib

Keçən il Formula1 80 milyon tamaşaçı itirib – bu barədə FOM-un (Formula One Management) dərc etdiyi hesabatda deyilir. Faktiki olaraq […]

Keçən il Formula1 80 milyon tamaşaçı itirib – bu barədə FOM-un (Formula One Management) dərc etdiyi hesabatda deyilir. Faktiki olaraq bu o deməkdir ki, keçən il çempionatın teleauditoriyası 13% azalaraq 520 milyon tamaşaçı təşkil edib. Bu Formula1-in kommersiya başçısı Berni Ekklstounun gəlirinə təsir edə bilər, çünki indi teleşirkətlər özləri üçün sərfəli müqavilələr tələb edə bilərlər.

Vəziyyət heç də iqtisadi böhranla izah olunmur – buna səbəb çempionat təşkilatçılarının qərarları olub. Hamı Formula1 tarixində ilk gecə yarışı olan Sinqapur Qran Prisini xatırlayır – yarışlar gecə vaxtına keçirilirdi ki, Avropada yarışlar erkən saatlarda yayımlanmasın, Sinqapurdan sonra Avstraliya, Malayziya və Abu Dabi də axşam-gecə vaxtlarında yarış keçiriblər.

Bunun nəticəsində Asiya tamaşaçısı yarışları axşam izləməli olub və FOM-un verdiyi xəbərə görə, Formula1 regional idman yarışları ilə rəqabətə girməli olub, xüsusən də Çinin futbol çempionatı ilə. Yekunda Çində Formula1-in auditoriyası 30.5 milyon tamaşaçı azalıb, Yaponiyada isə tamaşaçıların sayı əvvəlki illə müqayisədə 16% azalıb.

Keçən il Braziliya reytinqdə birinci yerə çıxıb – braziliyalılar çinlilərdən çox Formula1-i izləsələr də, tamaşaçıların sayı əvvəlki illə müqayisədə 17 milyon azalıb. Çox güman ki, bu Felipe Massanın yayda qəzaya uğraması ilə əlaqədar olub. Tamaşaçıların sayı İspaniyada və Polşada da azalıb, çünki Fernando Alonso və Robert Kubitsa çempionatda yaddaqalan çıxış etməyiblər.

Amma Britaniyada vəziyyət uğurlu olub, BBC-nin auditoriyası 6% artıb, bu isə hər şeydən əvvəl Censon Battonun çıxışı ilə bağlı olub.

Əlbəttə, Berni və FOM 2009-cu ilin yekunlarını ciddi təhlil edəcəklər və tamaşaçıları ekran qarşısına qaytarmaq üçün hər şeyi edəcəklər. Sözsüz ki, Mixael Şumaherin qayıtması, Fernando Alonsonun Ferrari-yə, Censon Battonun McLaren-ə keçməsi Formula1-ə marağı artıracaq, amma başqa addımlar da mümkündür…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*