Bu gün M.Mosli komandalarla görüşəcək

Bu gün Londonda Formula1 komandaları FİA prezidenti Maks Mosli ilə siyasi qarşıdurmadan çıxış yolu axtarışı məqsədilə görüşəcəklər. Sabah səhər federasiya […]

Bu gün Londonda Formula1 komandaları FİA prezidenti Maks Mosli ilə siyasi qarşıdurmadan çıxış yolu axtarışı məqsədilə görüşəcəklər. Sabah səhər federasiya gələn ilin çempionatında iştiraka buraxılan komandaların siyahısını dərc etməlidir və ehtimal etmək olar ki, FİA avtoistehsalçıların çempionatdan getməsinin qarşısını almaq üçün kompromisə hazırdır. Autosport-un bildirdiyinə görə, Maks Mosli artıq iki sinif maşınların çempionatını təşkil etmək fikrindən əl çəkib, digər kompromislər də istisna olunmur, amma o əvvəlki kimi büdcənin məhdudlaşdırılması prinsipinin tətbiqində israrlıdır.

Moslinin Ferrari-nin prezidenti Luka di Montedzemoloya Monako görüşündən sonra göndərdiyi məktubunda FİA rəsmisinin məsələnin tezliklə həll olunmasına ümid etdiyi bildirilir. Autosport bu sənəddən çıxarışı dərc edib: “Biz razılaşa bilərik ki, gələn il bütün komandalar eyni qaydalarla yarışacaqlar. Qaydalar əvvəlki kimi qalacaq, həm də büdcənin məhdudlaşdırılması prinsipi ilə razılaşan komandalara müəyyən texniki və idmani üstünlüklərin evrilməsi də ləğv olunacaq.

Bunun əvəzində biz hazırkı komandalarla yeni komandalar arasında nou-hau mübadiləsinin baş verməsinə şərait yaradacayıq.”

Amma Mosli büdcənin məhdudlaşdırlmasında israrlıdır, hərçənd gələn il məhdudlaşma səviyyəsinin qaldırılmasına hazırdır: “Gələn il büdcələr məhdudlaşdırılacaq, bəlkə də 100 milyon Avro səviyyəsində, amma bu səviyyə qəti müəyyən edilməlidir. Amma 2011-ci ildən bu səviyyəni 40 milyon funta endirəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*