Kanada Qran Prisi və tələbələr

Bu ilin fevralında Kanadada təhsil haqqının yüksək səviyyəsindən narazı olan tələbələr tətil elan etmişdilər, tətil hələ də davam edir və […]

Bu ilin fevralında Kanadada təhsil haqqının yüksək səviyyəsindən narazı olan tələbələr tətil elan etmişdilər, tətil hələ də davam edir və kütləvi küçə iğtişaşları ilə müşaiyət olunur. Son günlər Monreal küçələrində tələbələr mağaza və bankların şüşələrini qırıblar, küçədəki maşınları sıradan çıxarıb və polisə müqavimət göstəriblər. Nəticədə 85 nəfər həbs olunub.

Britaniyalı jurnalist Co Savar öz bloqunda hesab edir ki, iğtişaşlar Kanada Qran Prisinin keçirilməsinə mane ola bilər: nümayişçilər metronun hərəkətini də iflic ediblər, stansiyalarda tüstü buraxan qumbaralar qoyulub, bu nəqliyyat növü yarış uik-endi çox vacibdir, çünki tamaşaçıların çoxu metrodan istifadə edir.

İyunun 8-10-da keçiriləcək Kanada Qran Prisi təhsil ilinin sonuna düşür, Savarın fikrincə, hələ məlum deyil ki, tələbələr Monrealda qalmaqla nümayişləri davam etdirəcəklər, yoxsa tətilə yollanacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*