S.Domenikali: “Ferrari-nin mövqeyi dəyişməyib”

FİA-nın ixtiyarı var ki, əvvəllər bağlanmış müqaviləni əldə rəhbər tutaraq Ferrari-nı gələn il çempionatda iştirak etmək istəyənlərin siyahısına avtomatik daxil […]

FİA-nın ixtiyarı var ki, əvvəllər bağlanmış müqaviləni əldə rəhbər tutaraq Ferrari-nı gələn il çempionatda iştirak etmək istəyənlərin siyahısına avtomatik daxil etsin. Bu gün Londonda FOTA üzvü olan komandalar danışıqlar aparıblar, danışıqların nəticəsini Stefano Domenikali şərh edib…

Stefano Domenikali: “Ferrari-nin mövqeyi dəyişməyib. Mayın 29-da biz FOTA-nın digər komandaları ilə şərti ərizə vermişik, biz məsrəfləri azaltmağa imkan verən kompleks tədbirlər təklif etmişik. Biz məsələnin həlli üçün hər şey edirik, amma bütün tərəfləri qane edəcək həll tapa bilməsək, FİA Ferrari-ni gələn ilin çempionat iştirakçıları siyahısına daxil edə bilməz.”

Ferrari hesab edir ki, FİA və hazırkı komandalar arasındakı müqavilə heç bir məna kəsb etmir, çünki federasiya birinci olaraq öhdəliklərini yerinə yetirməyib. Amma FİA başqa fikirdədir, axı bu yaxınlarda Paris məhkəməsi bu müqavilələrin doğru olduğunu bildirmişdi. Bu məsələni hüquqşünaslar həll edəcəklər – cümə günü isə FİA iştirakçıların siyahısını dərc etməlidir və bu siyahı mütləq mübahisələrə səbəb olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*