K.Uilyams: “Bottas ayrılmaqla komandada boşluq qoydu”

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, Bottasın Mercedes-ə keçidi komandada emosional boşluq əmələ gətirib.

F-1.az xatırladır ki, Rosberq karyerasını bitirdikdən sonra Mercedes almaniyalının əvəzinə Bottası transfer etmiş və Williams Felipe Massa ilə daha bir il davam etmək qərarına gəlmişdi.

Kler Uilyams: “Williams-dakı hər kəs onun yaxşılığını istəyir. Nəticədə uzun illər bizimlə işləyib. O emosional boşluqdan artığını qoydu, amma Formula1-də insanlar hər şeyi tez unudur. Williams-dakı heç bir işçi o getdiyi üçün yas tutmayacaq, çünki bu qərarı komandanın yaxşılığı üçün verdi. Həm komanda, həm də Valtteri üçün doğru addım atıldı. Başqa hərəkət etsəydik, Valtterinin komanda üçün çəkdiyi əziyyətə hörmətsizlik etmiş olardıq. Bundan başqa sizinlə yarışmaq üçün motivasiyası olmayan sürücünü istəməzsiniz”.

Kler Uilyams əlavə edib ki, Ferrari 2015-ci ildə Bottasla maraqlanıb , amma finlandiyalı sürücü Mercedes-in təklifindən əvvəl 2017-ci il üçün Williams komandası ilə müqavilə bağlayıb. Buna görə də, komanda Bottasın sədaqətinə qarşılıq olaraq, Mercedes-ə keçməsinə icazə verib: “Ferrari onu istəyəndə getmədi və bizimlə qaldı. Bu yaxşılığın qarşılığını vermək vaxtı idi. Komanda məyus olsa da, hamı ona xoş şeylər arzulayacaq və tezliklə uğur qazanacağına ümid edəcək”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*