L.Stroll: “Burada çox şey öyrənə bilərdim”

Williams komandasının sürücüsü Ləns Stroll yağışlı havada çox dövrə vura bilmədiyi üçün məyusdur.

F-1.az xatırladır ki, kanadalı sürücü Barselonada qış testlərində qəza etdiyi üçün yağış təkərlərini test edə bilməmişdi. Amma 18 yaşlı sürücü Çindəki 1-ci sərbəst yürüşlərdə cəmi 7 dövrə vuraraq 3-cü ola bilib. İkinci sərbəst yürüşlər isə pis hava şəraitinə görə keçirilməyib.

Ləns Stroll: “Heyif ki, havanı dəyişdirmək fürsətimiz olmur. Bu hal buraya gələn fanlar üçün də pisdir. Mən düşünürdüm ki, bu gün mənim üçün gözəl fürsət olacaq, çünki bundan əvvəl yağışlı havada sürməmişəm, amma duman imkan vermədi. Buradan çox şey öyrənə bilərdim, amma növbədə iki gün var və nələrin olacağını bilmirik. Ümid edirəm ki, gözəl yarış keçirdərik və buradan xoş təəssüratlarla ayrılarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*