K.Horner: Məncə qoca itin hələ bir neçə ili qalıb

Red Bull-un komanda rəhbəri uzun illərdir çiyin-çiyinə çalışdığı şirkətin idman məsləhətçisi Helmut Markonun mümkün gedişi barədə danışıb.

F-1.az xəbər verir ki, Kristian zarafatla Helmuta sataşmağı da unutmayıb.

Kristian Horner: “Red Bull-da birlikdə işləməyə başladığımız vaxtdan 20 il keçib. Onun 60 yaşı var idi və tez-tez deyirdi ki, yalnız 60 yaşında işə başlayıb. 80 yaşında olan Helmut Marko indi də 20 il əvvəl olduğu qədər enerjiyə malikdir. Onun istedadı bir çox sürücülərin yolunu açdı, onlara fürsət verdi. Bu komandada nail olduqlarımızda onun böyük rolu olub. Bizim həmişə əla münasibətimiz olub. Bütün bu illər ərzində onunla işləmək çox gözəl idi və düşünürəm ki, qoca itin hələ işləmək üçün bir neçə ili var”.

Qeyd edək ki, bu gün Markonun 80 yaşı tamam olur…

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*