J.Todt “107% qaydası”nı qaytarmaq istəyir

FİA prezidenti Jan Todt Formula1-ə “107% qaydası”nı qaytarmaq barədə söhbət açıb, əvvəllər bu qaydaya əsasən sıralanma turundan sonra yavaş maşınlar […]

FİA prezidenti Jan Todt Formula1-ə “107% qaydası”nı qaytarmaq barədə söhbət açıb, əvvəllər bu qaydaya əsasən sıralanma turundan sonra yavaş maşınlar yarışın startına buraxılmırdılar. Bu qayda 1996-2002-ci illərə qədər tətbiq olunub, amma yeni komandaların Formula1-ə gəlməsi Todtu keçmiş günləri xatırlamağa məcbur edib. Hərçənd, Jan hesab edir ki, tələsmək lazım deyil, gələn ili gözləmək lazımdır…

Jan Todt: “Yeni komandalar çempionata gəldikdən sonra biz 107%-lik məhdudiyyətin tətbiqinin tərəfdarıyıq. O zaman sıralanma turunun formatı dəyişdiyi üçün bu qaydanı ləğv etməli olmuşdular. Bu il qaydaları dəyişmək gecdir, həm də bütün komandaların yekdil razılığı lazımdır, amma FİA bu qərarı dəstəkləyir. Lakin mən inanmıram ki, bu qərar gələn ildən tez qəbul olunsun.”

Maraqlı burasıdır ki, bu gün sərbəst yürüşlərdə yalnız Bruno Senna 107%-lik həddi aşıb, digər yeni komandalar isə hətta bu qayda tətbiq olunsa belə problemsiz starta çıxa bilərdilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*