J.Todt seçkilərdə iştirak edəcək

Ferrari komandasının keçmiş başçısı Jan Todt payızda keçiriləcək FİA prezidentliyinə seçkilərdə öz namizədliyini irəli sürdüyünü təsdiq edib. Jan Todt dünən […]

Ferrari komandasının keçmiş başçısı Jan Todt payızda keçiriləcək FİA prezidentliyinə seçkilərdə öz namizədliyini irəli sürdüyünü təsdiq edib. Jan Todt dünən Maks Moslinin onu öz yerinə ideal namizəd kimi tərifləməsindən 24 saat sonra rəsmi bəyanat yayıb. Autosport qəzeti Janın rəsmi bəyanatından bəzi hissələri dərc edib…

Jan Todt: “Məlum olanda ki, Maks Mosli seçkilərdə iştirak etməyəcək və məni dəstəkləyəcək, mən FİA üzvü olan bütün milli avtoklublara öz namizədliyimi irəli sürmək niyyətdinə olduğum barədə xəbər yolladım. Mən Moslinin son 16 ildə gördüyü işi davam etdirmək və daha da genişləndirmək istəyirəm. Moslinin vaxtında FİA dünya avtomobil ictimaiyyətinin əsas orqanına çevrildi, federasiya təhlükəsizliyi aktiv təbliğ edir və ekologiya uğrunda mübarizə aparırdı.

Federasiyanın strukturu da maraqlıdır, çünki təşkilat ikili rol oynayır, həm idman məsələləri ilə, həm də ümumilikdə avtomobil məsələləri ilə məşğul olur və prezident təklikdə bu işin öhdəsindən gələ bilməz. Ona görə də mən öz komandamı təqdim etməyə şadam.

Avtomobil məsələləri üzrə müavin vəzifəsinə mən Yeni Zellandiya Avtomobil Assosiasiyasının başçısı Brayan Qibbonsu təklif etmək istərdim; idman məsələləri üzrə müavin vəzifəsinə Böyük Britaniyanın Avtoİdman Assosiasiyaları Şurasının sədri Qrəhəm Stoukeri; Senata başçılıq etməyi mən Amerika Avtoİdman Federasiyasının sədri Nik Krouya həvalə edərdim, düzdür, hazırda o FİA prezidentinin idman məsələləri üzrə müavinidir.

Əminəm ki, biz birlikdə federasiyaya yaxşı rəhbərlik edəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*