Britaniya GP yayın sonlarında baş tuta bilər

The Race portalının məlumatına görə, hadisələrin inkişafı Formula1 rəhbərliyini qeyd edilən vaxtda 2 yarış keçirmək barədə düşünməyə vadar edir.

F-1.az bildirir ki, iyunun əvvəlindən qüvvətə minəcək qanuna görə, etibarən ölkəyə gələn hər kəs 14 gün karantin şəraitində qalmalıdır. Bu da komandaların işini xeyli çətinləşdirə bilər. Əgər rəsmi Londonu çempionatın iştirakçıları üçün istisna etməyə razı salmaq mümkün olmasa, Avstriyadan sonra Silverstounda yarışların keçirilməsini unutmalı olacağıq.

Red Bull komandasının rəhbəri Kristian Horner isə Britaniya Qran Prisi üçün təqvimdə başqa bir vaxt tapmağın mümkün olduğunu düşünür: “Bəlkə də, yarış üçün yeni tarix tapa bilərik. Avstriyada ki 2 mərhələdən sonra başqa bir Avropa ölkəsində bir yarış keçirə, sonra Britaniyaya qayıda bilərik. Çempionat hələ iyulun əvvəlində başlayacaq və vəziyyət düzələrsə, məhdudiyyətlər də yumşaldıla bilər.

Həm də, bu müddət ərzində bir çox testdən keçəcəyik. Çempionat iştirakçıları barədə daha çox tibbi məlumat olacaq və əslində başqalarından təcrid olunmuş bir qrupa şevriləcəyik. Biz insan izdihamı və kənar şəxslərlə əlaqə qurmaq fikrində deyilik. Ehtiyac olarsa, məcburi karantinə girəcəyik. Azarkeşlər də olmayacağı üçün, yarışların vaxtını dəyişmək çox da çətin deyil”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*