S.Peres: Poul ala bilərdim

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, İmolada kiçik səhvlə poulu əldən verib.

F-1.az xatırladır ki, meksikalı sürücünü karyerasının ilk poulundan 0.035 saniyə ayırıb.

Serxio Peres: “Bu gün poul ala bilərdim. Son döngədə bir səhv etdim, amma hər şey yaxşıdır. Sadəcə təkmilləşməyə davam etməliyik.

Komandanı təbrik edirəm. Dünən bir səhv etdim, amma onlar var qüvvələri ilə çalışıb özlərinə gəldilər. Ancaq təkmilləşmək vacibdir. Dünənki qəzadan sonra bu nəticəni gözləmirdim.

Yarışda hər şey ola bilər. Strategiyam Lyuis və Ferstappendən fərqlidir. Buna görə də maraqlı olacaq. Əsas məqsədim dəyərli xallar yığmaqdır”.

Qeyd edək ki, Peres yarışa Soft, Həmilton və Ferstappen isə Medium təkərlərlə başlayacaqlar.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*