J.Alezi: Formula1-də yarışmaq üçün milyarder olmalısan

Sabiq Formula1 sürücüsü Jan Alezi bildirib ki, avtoidmanda yarışmaq üçün milyarder olmaq lazımdır.

F-1.az bildirir ki, Janın oğlu Julyano Alezi zəif performansına görə Formula2-dən uzaqlaşdırılıb. 1995-ci ilin Kanada yarışının qalibi oğlunun Formula2-də mübarizə aparması üçün Ferrari F40-ı satmışdı. Lakin oğlu ümidləri doğrultmayıb.

Julyano keçən həftə Ferrari-nin 2018-ci il bolidinin sükanı arxasına keçdi və bununla da Avropadakı yarış karyerasını sonlandırdı. Gənc sürücü karyerasını Yaponiyadakı seriyalarda davam etdirəcək.

Jan Alezi: “Oğlumun Ferrari bolidi sürməsinə görə sevincliyəm. Julyano artıq Yaponiyada yarışacaq. Bütün yerləri Toto Volff ya da Frederik Vassyörün sürücüləri tutub. Lakin Ferrari bəzi komandalara motor verdiyi üçün sürücülərə şans yarada bilir. Mik Şumaxer F2 çempionu kimi Formula1-də çıxış edəcək. Lakin Ferrari olmasaydı, o da hazırda kənarda gözləyəcəkdi. Peres 15 milyonluq sponsor büdcəsi ilə keçən mövsümü dördüncü yerdə bitirsə də, Red Bull olmasaydı, hazırda yarışa bilməzdi. Bu, dəyişməlidir. Gənc sürücülər burada yarışa bilmək üçün pul ödəməməlidirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*