J.Alezi: Alonso çempion ola bilər

Sabiq Formula1 pilotu Jan Alezi Fernamdo Alonsoya təriflər yağdırıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücünün 41 yaşı olmasına baxmayaraq yaxşı performans göstərir. O, Kanadada sıralanma turunda ikinci olub və Britaniyada beşinci yeri tutub.

Jan Alezi: “Alonso yenidən çempion ola bilər. Onun istedadını müzakirə edə bilmərik.

Bolidlər G qüvvəsinə qarşı tələbkardırlar və Alonso yenə də yarışmağa davam edir. Formula1-dən ayrılanda belə yarışırdı. Buna görə də rəqabətədavamlıdır.

Lakin Aston Martin-lə titul qazanmaq ən azından gələn il mümkün deyil. Lakin onlar da hirslidirlər və ümid edirəm ki, Alonso düzgün qərar verib, çünki bəzi səhv qərarları oldu. Karyerasını düzgün qərarla bitirsə, gözəl hekayə alınar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*