J.Alezi: Fransa QP-nin problemləri trasla əlaqəli deyil

Sabiq Ferrari pilotunun Pol Rikar trasına rəhbər təyin olunması barədə xəbər vermişdik.

F-1.az xatırladır ki, tras Formula1-ə keçən mövsüm ev sahibliyi etsə də, yaxın gələcəkdə orada yarış keçiriləcəyi inandırıcı görünmür. Jan üçün bu tras əzizdir, çünki F1-də məhz burada debüt edib.

Jan Alezi: “Kifayət qədər xoş münasibət yoxdur. Məsələn, Fransa prezidenti heç vaxt bizim yarışımıza qonaq gəlməyib. Bu, digər ölkələrdə baş verənlərdən çox fərqlidir. Fransa Qran Prisinin problemləri Pol Rikarla bağlı deyil, bu, milli problemdir. Milli miqyasda dünya çempionatının mərhələsini keçirmək arzusunu hiss etmirəm.

Coğrafi baxımdan tras ideal yerdə yerləşir. Amma Qran Prinin keçirilməsinə maraq olmayan ölkədə yaşayırsınızsa, onu təşkil etmək son dərəcə çətindir. Mənim üçün çox əziz olan bu mövzuda dövlət başçısı ilə fikir mübadiləsi aparmaq şərəf olardı. Amma düzünü desəm, onun başqa prioritetləri olduğunu düşünürəm”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*