F-1.az bildirir ki, hər iki sıralanma turunun və şənbə yarışının qalıbı Edoardo Mortara bu dəfə uğursuzluqla üzləşib: italiyalı sürücü yaxşı start almayıb və əvvəlcə komanda yoldaşı Mattias Ekströmü, daha sonra isə çempionatda əsas rəqibi olan BMW sürücüsü Marko Vittmannı irəli buraxıb.
Amma bir neçə döngə keçdikdən sonra mövqeyini geri qaytarmağa çalışan Mortara Vittmannla təmas yaşayıb və Markonun maşınını Ceymi Qrinin maşınına yönəldib.
Vittmann çətinliklə trasda qala bilib, amma dördüncü yerə düşüb, Mortaranın maşınında isə təkər deşilib və sürücü yeni təkər dalınca tam bir dövrə vurmalı olub. Edoardo trasa sonuncu yerdə qayıdıb. Qrin də boksa gəlməli olub, amma onun üçün mübarizə başa çatıb.
Birinci dövrədəki xaosdan sonra vəziyyət stabilləşib. Mütləq pit-stoplardan sonra Ekström liderliyini saxlayıb və inamlı qələbə qazanıb. Xatırladaq ki, veteran sürücü mövsümün son iki yarışında çıxış edə bilməyəcək və karyerasının son yarışında qələbə qazanması çox əlamətdar olub.
Mattiasın komanda yoldaşı Tambe finiş xəttini ikinci keçməklə Audi-yə qələbə dublu qazandırıb. Podiumun aşağı pilləsinə isə gözlənilmədən Xunkadelya qalxıb – 11-ci yerdən start alan sürücü ilk döngədəki qatışıqlıqdan layiqincə yararlanıb.
Vittmann finiş xəttini 4-cü keçib və çempionatda Mortara üzərindəki üstünlüyünü 26 xala çatdırıb. Mortara isə bütün yarışı sonuncu yerdə keçirib, finişə 1 dövrə qalmış isə boksa yollanıb.
Titul uğrunda mübarizədən Mercedes-in sürücüsü Robert Uikens kənar qalıb. Qızdırma dövrəsindən sonra start düzlüyündə öz yerində dayanmadığı üçün peleton daha bir qızdırma dövrəsinə, Robert isə sonuncu yerə göndərilib. Kanadalı sürücü bütün yarışı hücum etsədə, yarışı 12-ci yerdə başa vura bilib.
Yer | Sürücü | Komanda | Zaman/Fərq |
1 | ![]() |
Audi Sport Team Abt Sportsline | 59:09.402 |
2 | ![]() |
Audi Sport Team Rosberg | + 0:04.350 |
3 | ![]() |
Mercedes-AMG DTM Team HWA | + 0:15.870 |
4 | ![]() |
BMW Team RMG | + 0:23.295 |
5 | ![]() |
BMW Team Schnitzer | + 0:24.209 |
6 | ![]() |
BMW Team RBM | + 0:26.067 |
7 | ![]() |
BMW Team RMG | + 0:26.813 |
8 | ![]() |
Audi Sport Team Phoenix | + 0:31.792 |
9 | ![]() |
BMW Team RBM | + 0:38.310 |
10 | ![]() |
Audi Sport Team Phoenix | + 0:38.675 |
11 | ![]() |
BMW Team Schnitzer | + 0:39.966 |
12 | ![]() |
Mercedes-AMG DTM Team HWA | + 0:40.327 |
13 | ![]() |
Mercedes-AMG DTM Team ART | + 0:40.710 |
14 | ![]() |
BMW Team MTEK | + 0:41.317 |
15 | ![]() |
Mercedes-AMG DTM Team HWA II | + 0:41.777 |
16 | ![]() |
Mercedes-AMG DTM Team Mücke | + 0:42.352 |
17 | ![]() |
Mercedes-AMG DTM Team Mücke | + 0:42.755 |
18 | ![]() |
Mercedes-AMG DTM Team ART | + 0:43.015 |
19 | ![]() |
Mercedes-AMG DTM Team HWA II | + 0:45.388 |
20 | ![]() |
Audi Sport Team Abt | + 1:07.034 |
21 | ![]() |
Audi Sport Team Abt Sportsline | + 3 dövrə |
Finiş görməyənlər: | |||
![]() |
Audi Sport Team Abt | 8 dövrə | |
![]() |
BMW Team MTEK | 2 dövrə | |
![]() |
Audi Sport Team Rosberg | 1 dövrə |