Hunqarorinqdə ilk yarışı E.Mortara qazanıb

Audi komandasının sürücüsü Edoardo Mortara Hunqarorinqdə DTM-in ilk yarışında inamlı qələbə qazanıb

F-1.az bildirir ki, pouldan start alan italiyalı sürücü start işıqlarına inamlı reaksiya verib. Yarışda liderliyi ələ alan Edoardo damalı bayrağa qədər əsas rəqiblərinə şans verməyib.

Ceymi Qrin bütün yarışı ikinci yerdə keçirib, Mortara ilə fərqi 1.5 saniyə civarında stabil saxlayan sürücü heç olmasa bircə dəfə də hücum şansı ala bilməyib. Podiumun üçüncü pilləsinə isə Audi-nin daha bir sürücüsü Miqel Molina qalxıb. İspaniyalı sürücü daha üç komanda yoldaşını qabaqlaya bilib: Mayk Rokenfeller, Niko Müller və Adriyen Tambe.

Çempionatın lideri Marko Vittmann Mortaraya məğlubiyyətini minimallaşdıra bilib: 10-cu yerdən start alan almaniyalı sürücü birinci döngəyə qədər 3 yer qazanaraq finiş xəttini də 7-ci yerdə keçib. İlk onluğu isə Feliks Rozenkvist, Timo Şayder və Robert Uikens tamamlayıblar.

Yarışda yeganə finiş görməyən sürücü isə Pol di Resta olub.

Bugünkü qələbəsi sayəsində Mortara turnir cədvəlində Vuttmannla fərqi 14 xala qədər azaldıb, çempionluq uğrunda mübarizədə Qrin və Uikens də iştirak edirlər.

Yer Sürücü Komanda Zaman/Fərq
1  Edoardo Mortara Audi Sport Team Abt Sportsline 42:20.736
2  Ceymi Qrin Audi Sport Team Rosberg + 0:01.090
3  Miqel Molina Audi Sport Team Abt + 0:09.240
4  Mayk Rokenfeller Audi Sport Team Phoenix + 0:10.602
5  Niko Müller Audi Sport Team Abt + 0:11.535
6  Adriyen Tambe Audi Sport Team Rosberg + 0:21.045
7  Marko Vittmann BMW Team RMG + 0:23.177
8  Feliks Rozenkvist Mercedes-AMG DTM Team ART + 0:24.729
9  Timo Şayder Audi Sport Team Phoenix + 0:25.754
10  Robert Uikens Mercedes-AMG DTM Team HWA + 0:26.916
11  Daniel Xunkadelya Mercedes-AMG DTM Team HWA + 0:29.399
12  Maksim Marten BMW Team RBM + 0:32.843
13  Tom Blomkvist BMW Team RBM + 0:33.546
14  Timo Qlok BMW Team RMG + 0:34.316
15  Bruno Spenqler BMW Team MTEK + 0:36.197
16  Lukas Auer Mercedes-AMG DTM Team Mücke + 0:37.259
17  Antoniu Feliks da Koşta BMW Team Schnitzer + 0:44.405
18  Kristian Fitoris Mercedes-AMG DTM Team Mücke + 0:45.334
19  Mattias Ekström Audi Sport Team Abt Sportsline + 0:50.675
20  Auqusto Farfuş BMW Team MTEK + 0:53.287
21  Qəri Paffet Mercedes-AMG DTM Team ART + 0:54.002
22  Martin Tomçik BMW Team Schnitzer + 0:54.939
23  Maksimilyan Göts Mercedes-AMG DTM Team HWA II + 0:55.420
Finiş görməyən
 Pol di Resta Mercedes-AMG DTM Team HWA II 11 dövrə
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*