Fransa Qran Prisi qayıda bilər?

Fransa Qran Prisinin dünya çempionatının təqviminə qaytarılması üzrə layihələrin hamısının uğursuzluğa düçar olması avtoidman təəssübkeşlərini ruhdan salmır. Parisdə dərc olunan […]

Fransa Qran Prisinin dünya çempionatının təqviminə qaytarılması üzrə layihələrin hamısının uğursuzluğa düçar olması avtoidman təəssübkeşlərini ruhdan salmır.

Parisdə dərc olunan Journal du Dimanche jurnalı milli Qran Prinin növbəti dirçəlməsi planından danışıb, bu planın realizə olunmasında ölkənin avtomobil federasiyasının prezidenti Nikolya Deşo və Lotus Renault GP komandasının başçısı Erik Bulye iştirak edirlər. Planı ölkənin baş naziri Fransua Fiyonda dəstəkləyir. Hazırda yarışın Le Kastelledə Pol Rikar avtorumunda keçirilməsi imkanları öyrənilir.

Manyi Kura qayıtmaq fikrindən imtina etmək qərara alınıb, hazırda ən əlverişli variant Pol Rikardır, həm də bu avtodromun rəhbərliyi yarışın təşkili və planlaşdırılması xərclərini öz üzərinə götürüb. Real olaraq ilk yarışın 2013-cü ildə keçirilməsi nəzərdə tutulub, ola bilər ki, Fransa və Belçika yarışları növbələşmə qaydası ilə təqvimə daxil edilsinlər.

Belçika Qran Prisinin təşkilatçıları hər il 4 milyon Avro itirirlər, FOM-la müqavilə isə gələn il başa çatır. Yarışın promouterləri Fransa ilə kompromisi istisna etmirlər. Növbələşmə prinsipini Berni Ekklstoun da dəstəkləyə bilər. Amma Journal du Dimanche yazır ki, yalnız bilet satışından 14 milyon Avro əldə etmək olar, yerdə qalan 6 milyon Avronu isə sponsorlardan əldə etmək lazım gələcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*