Rəsmən: Qrojan Əbu Dabidə yarışmayacaq

Haas komandasının sürücüsü Roman Qrojan əlinin yanıqlarını müalicə etmək üçün evinə qayıtdığı üçün Əbu Dabi Qran Prisində iştirak edə bilməyəcək.

F-1.az xatırladır ki, fransalı sürücü Bəhreyn yarışının ilk dövrəsində qəza edərək, yanmışdı. Buna görə də Saxir yarışında iştirak etməmişdi. Lakin 34 yaşlı pilot Əbu Dabidə də olmayacaq.

Roman Qrojan
: “Əbu Dabidəki son yarışımda olmayacam və buna görə məyusam. Əlimi müalicə etmək üçün həkimlər hər şey etdilər, ancaq yarışsam, risk artar. Beləliklə, yarışmamağa qərar verdik. Həyatımın ən çətin qərarlarından biri idi. Komanda üçün darıxacam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*