V.Malya şayiələri şərh etməyib

Force İndia komandasının sahibi Vicey Malya Cankarlo Fizikellanın mövsümün qalan yarışlarını Ferrari-də keçirəcəyi barədə dolaşan şayiələri şərh etməkdən çəkinib… Vicey […]

Force İndia komandasının sahibi Vicey Malya Cankarlo Fizikellanın mövsümün qalan yarışlarını Ferrari-də keçirəcəyi barədə dolaşan şayiələri şərh etməkdən çəkinib…

Vicey Malya: “Mən bunu şərh edə bilmərəm. Ferrari-dən heç kim mənə müraciət etməyib, heç Fizikella və ya onun meneceri də müraciət etməyiblər. Bunlar hamısı şayiələrdir, Cankarlo bizim komandanın ayrılmaz hissəsidir, onun təcrübəsi mühəndislərə maşınla iş zamanı kömək edib, o bizim komandanın çox dəyərli əməkdaşıdır. Mən əminəm ki, Cankarlo Spadakı işi ilə və bizim onun üçün hazırladığımız maşınla qürur duyur”

Britaniyanın Autosport saytı yazır ki, Fizikellanın Ferrari-yə keçməsi üçün danışıqlarda əsas faktorlardan biri komandanın maliyyə borcu ola bilər – borc komandanın Ferrari motorlarından imtina etməsi ilə yaranıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*