Red Bull ExxonMobile ilə müqaviləsini uzadıb

Red Bull komandası ExxonMobil ilə uzunmüddətli müqavilə uzadıb.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” 2016-cı ildən bəri ExxonMobile-in yanacaq və yağından istifadə edir. Lakin müqavilə 2020-ci ilin sonunda bitəcəkdi. Ancaq Red Bull verdiyi açıqlamada bildirib ki, Amerika şirkəti ilə uzunmüddətli müqavilə yeniləyib. ExxonMobile Avstriya təmsilçisi üçün həm ötürmələr qutusunun, həm də mühərriyin performansını artıracaq yağ təkmilləşdirəcək.

Kristian Horner: “ExxonMobile ilə uzun illər işləyəcəyik və çox məmnunuq. Son üç ildə onlar bizimlə çox yaxın işləyiblər və bu da öz nəticəsini göstərib. Yanacaqla bağlı hər yenilik performansımızı artırdı. Bu ortaqlığın böyüməsi ilə daha çox qazancımız olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*