M.Ferstappen: “Mercedes çox güclüdür”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Mercedes Əbu Dabidə çox güclüdür.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Yas Marinadakı sıralanma turunda üçüncü olsa da, Bottasın cəzası ilə yarışa 2-ci yerdən başlayacaq.

Maks Ferstappen: “İlk cərgədə olmaq gözəldir. Bu gün performansımız yaxşı idi. Poul qazanmaq istərdim, ancaq yarışı qazanmaq şansımız hələ də var. Mercedes burada çox güclüdür və əlimizdən gələni etdik. Çox xoşbəxtəm.

Yarış tempində güclü idik. Lakin Mercedes də güclüdür. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*