M.Ferstappenə xəbərdarlıq edilib

Maks Ferstappen Kanada QP-nin ilk sərbəst yürüşlərində Valtteri Bottası əngəllədiyi üçün xəbərdarlıq alıb.

F-1.az xatırladır ki, Ferstappen birinci sərbəst yürüşlərdə sürətli dövrəsinə başlamamışdan əvvəl son döngədə yavaşlayıb və burada arxasından gələn Bottası görməyib. Finlandiyalı sürücü isə şikananı kəsmək məcburiyyətində qalıb. Beləliklə, Bottas sürətli dövrədə ikən təhlükə ilə üzləşib.

Stüardların raportunda Ferstappen Bottası əngəllədiyi üçün günahkar sayılıb. Raportda deyilir: “Sürücü 77 nömrəli bolidin önündə lazımsız səbəbə görə yavaşlayıb”.

Ferstappenin aldığı xəbərdarlığın hər hansı fiziki və ya maddi sanksiyası yoxdur. Bu hollandiyalının cari mövsümdə aldığı ilk xəbərdarlıqdır.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*