15 Dekabr 2019, Bazar - 06:35

Formula1 sürücülərinin yay tətilləri

Formula1 sürücülərinin yay tətilləri

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:04 - 05 Avqust, 2009

Mövsümün ilk on gərgin Qran Prisindən sonra Formula1 böyük yay tətilinə çıxıb. Tətildən əvvəl sürücülər çempionatın rəsmi saytına tətili necə […]

Mövsümün ilk on gərgin Qran Prisindən sonra Formula1 böyük yay tətilinə çıxıb. Tətildən əvvəl sürücülər çempionatın rəsmi saytına tətili necə keçirəcəkləri barədə danışıblar…

Sebastyan Fettel, Red Bull: “Hələ heç nəyi planlaşdırmamışam. Adətən hər şey birdən alınır, mən yanvar ayından hoteldə yer tutanlardan deyiləm. Mənim dağlardan xoşum gəlir, İsveçrədə yaşadığım üçün bəlkə bir həftə dağlara qalxdım. Əlbəttə, doğma Heppenhayma da gedəcəm.”

Nik Haydfeld, BMW Sauber: “Səbirsizliklə ailəmlə birlikdə səyahətimizi gözləyirəm – Patrisiya və uşaqlarla birlikdə biz yunan adalarından birinə gedəcəyik. Hansına? Sirdir. Qumdan qəsrlər ucaldacayıq, pikniklər təşkil edəcəyik, adətən valideynlərin uşaqlarla etdiklərini edəcəyik.”

Robert Kubitsa, BMW Sauber: “Yay tətilini evdə keçirəcəm, bir az dincələcəm, kartinq sürəcəm. Proqram zəngin deyil.”

Censon Batton, Brawn GP: “London triatlonundan sonra Fransanın cənubunda bir az dincələcəm, sonra isə Avropa Qran Prisinə hazırlaşmağa başlayacam.”

Lyuis Həmilton, McLaren: “Mən Vodafone-un Nyu Dehlidə sponsor tədbirinə gedəcəm, sonra bir həftə çimərlikdə dincələcəm.”

Heykki Kovalaynen, McLaren: “Mən bazaya gedəcəm, sonra bir-iki həftə günəşin batmasına tamaşa edəcəm. Harda? Bu sirdir.”

Kimi Rəykkönen, Ferrari: “Məni Finlandiya rallisi gözləyir, daha sonra dostlarımla dincələcəm, bəlkə Finlandiyanı motosikletlə gəzdim, daha sonra isə çimərliyə gedəcəm.”

Adrian Sutil, Force İndia: “Bir həftə İsveçrədə evimdə olacam, sonra ailəmlə Baliyə gedəcəm – əla yerdir. Sonra evə qayıdacam və Valensiyaya hazırlaşacam.”

Cankarlo Fizikella, Force İndia: “Mənim Fizzy yahtamda dostlarımla Aralıq dənizinə çıxacayıq, biz Sardiniya və Korsika ətrafında yaxşı vaxt keçirmək istəyirik.”

Sebastyen Buemi, Toro Rosso: “Mən İsveçrədə valideynlərimlə olacam, sonra Malaqaya fizioterapevtlə məşqlərə yollanacam və dörd gün Nyu Yorkda paytaxt həyatını hiss etmək üçün yaşayacam.”

Xayme Algersuari, Toro Rosso: “Budapeşt uik-endindən sonra Portimaoda Renault Dünya Seriyasına yollanacam, daha sonra İbitsada məşqlərim var, bəlkə bir həftə dincələcəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 323
Teqlər
Paylaş

logo