Formula1 komandalarının yükləri gömrükdə ciddi yoxlanılacaq

İstisna deyil ki, Formula1 komandalarının avtoqatarları Britaniya gömrüyündə bundan sonra ciddi yoxlanılacaq. Aprel ayında superbayk çempionatında çıxışe dən komandalardan birinin […]

İstisna deyil ki, Formula1 komandalarının avtoqatarları Britaniya gömrüyündə bundan sonra ciddi yoxlanılacaq. Aprel ayında superbayk çempionatında çıxışe dən komandalardan birinin yükündə narkotiklər tapılıb – bu barədə Londonun The Daily Telegraph xəbər verib…

Britaniya sərhəd agentliyinin adını bildirməyən işçisi bildirib ki, “bundan sonra bizim analitik departamentin əməkdaşları avto- və motoidman komandalarının nəqliyyat vasitələrini, xüsusən də avtoqatarları daha diqqətlə yoxlayacaqlar. Əvvəllər belə yoxlamalar səthi xarakter daşıyırdı, indi isə vəziyyət dəyişəcək.”

Qəzetin bidlirdiyinə görə, Paul Bird Motorsport (Kawasaki Racing Team) komandasının treylerində 8 kq kokain, 71 kq amfetamin və 10 kq marixuana tapılıb. Narkotiklərdən başqa maşından pistolet və gülələr də çıxıb. Dörd sürücü və mexanik həbs olunub, sonra isə girovla zaminə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*