FİA yarışları işıqlandıracaq jurnalistləri seçir

Adətən hər bir yarışa təxminən 400-ə yaxın jurnalist akkreditasiya alaraq gələ bilirdi. Bu il isə ilk yarışlarda pandemiyayla əlaqədar bu say kəskin azaldılacaq.

F-1.az bildirir ki, FİA 10 jurnalistdən ibarət qrup üçün Avstriyadakı iki yarışı və Macarıstan Qran Prisini əhatə edəcək sxem tərtib edib. Həmin jurnalistlər çempionatın iştirakçıları ilə eyni ciddi məhdudiyyətlərə riayət etməlidirlər. Onlar Avstriyadakı yarışlardan sonra evə qayıda bilməyəcəklər və Macarıstana getməlidirlər.

Silverstoundakı iki yarışa və İspaniya Qran Prisinə ikinci 10 nəfərlik jurnalist qrupu gedəcək. Eyni sayda jurnalistdən ibarət üçüncü qrup isə Spa və Montsadakı yarışları yerində işıqlandıra biləcək. İlk qrupun əməl etməli olduğu şərtlər onlara da aid ediləcək.

Lakin məhdudiyyətlər bununla bitmir və jurnalistlərin iş rejimi də əvvəlki kimi olmayacaq. Onlar paddoka buraxılmayacaqlar və yalnız mətbuat mərkəzində ola biləcəklər. Sürücülərə və komanda nümayəndələri ilə ünsiyyət video-konfrans rejimində olacaq.

FİA hazırda jurnalistlərin siyahısını tərtib edir və kimin hansı yarışlara gedəcəyini təyin edir. Reuters, AFP kimi böyük xəbər agentliklərinə, habelə olduqca populyar olan veb-saytlara üstünlük verilir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*