C.Əllison: F1 maşınlarının çəkisi azaldılmalıdır

2008-ci ildə 585 kq olan maşınların minimum çəki həddi hazırda xeyli artıb və 798 kq-a çatıb.

F-1.az xəbər verir ki, təcrübəli mütəxəssis bu halın yaxşı olmadığını və çəkilərin azaldılmasının yaxşı olacağını düşünür. Daha əvvəl də Formula1-in rəhbəri Stefano Domenikali bildirib ki, 2026-cı ildə yeni reqlamentə keçiddən sonra avtomobillərin çəkisi azaldılacaq.

Stefano Domenikali: “Mən Stefano ilə tamamilə razıyam. O, maşınların çəkisinin artması tendensiyasının dayandırılmalı və sonra əksinin baş verməli olduğunu düşünən yeganə insan deyil. Avtomobillər ildən-ilə ağırlaşır və bu tendensiyanı dəyişmək asan deyil. Maşını yüngülləşdirəcək belə texniki qaydalar ortaya çıxarmaq xüsusilə çətindir.

Buna nail olmağın ən asan yolu qaydaları dəyişdirməkdir ki, çəki azaltmaq komanda məsələsinə çevrilsin. Əgər maşının çəkisi həddən artıqdırsa, o zaman avtomobilə nə taxmaq və nəyi yox etmək barədə olduqca çətin qərarlar qəbul etməli olacağıq. Hər kəs bu yanaşma ilə razılaşmır, lakin bu, çəkini azaltmağın zəmanətli yoludur”.

Qeyd edək ki, müasir bolidlər ağırlaşmaqla yanaşı, həm də ölçülərcə də xeyli böyüyüblər. Bu da xüsusilə şəhər traslarında ötmələrin əvvəlki ilə müqayisədə azalmasına, hətta məsələn Monakida mümkün hala çevrilməsinə gətirib çıxarıb”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*