Mercedes AMG komandası ardıcıl qalibiyyət rekordunu təkrar edə bilər

F-1.az xəbər verir ki, Mercedes AMG komandası İspaniya Qran Prisini qazanarsa, ardıcıl 11-ci yarışı qazanaraq McLaren-in 1988-ci ildə etdiyi rekordu təkrarlaya bilər.

Mercedes AMG, 2015-ci ilin Yaponiya Qran Prisindən bəri 10 yarışı ardıcıl olaraq qazanıb. Bu il keçirilən 4 yarışın hamısını qazanan Mercedes komandası İspaniya Qran Prisini qazanarsa, ardıcıl qələbə sayı 11 olacaq və McLaren komandasının rekordunu təkrarlayacaq.

Xatırladaq ki, McLaren 1988-ci ilin Braziliya yarışından Belçika yarışına qədər keçirilən 11 yarışın hamısını qazanmağı bacarmışdı.

Ferrari komandası 2002-ci ilin  Kanada yarışından Yaponiya yarışına qədər 10, Red Bull komandası isə 2013-cü ilin Belçika yarışından Braziliya yarışına qədər 9 yarışı (hamısını da Sebastyan Fettellə) ardıcıl olaraq qazanmışdı.

Yer Komanda İlk qələbə Son qələbə Ardıcıl qələbə sayı
1 McLaren Braziliya, 1998 Belçika, 1998 11
2 Ferrari Kanada, 2002 Yaponiya, 2002 10
2 Mercedes AMG Yaponiya, 2015 Rusiya, 2016* 10*
4 Red Bull Belçika, 2013 Braziliya, 2013 9
5 McLaren Böyük Britaniya, 1984 Braziliya, 1985 8

* Hazırda davam etməkdə olan ardıcıl qələbə seriyası

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*