P.Simonds Marussia-nı tərk edir

2011-ci ilin yazından Marussia komandasının texniki məsləhətçisi kimi çalışan Pət Simonds komandanı tərk edir. İşlədiyi müddət ərzində Pət komandada bütün […]

2011-ci ilin yazından Marussia komandasının texniki məsləhətçisi kimi çalışan Pət Simonds komandanı tərk edir. İşlədiyi müddət ərzində Pət komandada bütün həlledici sahələrdə mötəbər mütəxəssislərdən ibarət güclü texniki struktur yaradıb. Marussia komandası komandanın texniki ştabını yeniləməyə hazırlaşır.

Con But, komandanın başçısı: “Marussia-da hər il ciddi dəyişikliklər olur. Bizim tərəqqinin miqyası builki mövsümün əvvəlində daha güclü göründü, bizim nəticələr peletonun orta komandalarının nəticələrinə çox yaxınlaşmışdı. Bizim çox istedadlı konstruktor və mühəndis kollektivimiz var, əlbəttə, Ferrari ilə müqavilədən sonra onlar işlərində yeni impuls alacaqlar. Biz Pətə komandanın inkişafındakı töhfəsinə görə minnətdarlıq edirik.”

Pət Simonds: “Son illər Marussia ilə əməkdaşlıqdan böyük zövq aldım. Bu müddət ərzində komanda çox böyük inkişaf yolu keçib, indi komandanın zəruri resursu və lazımi mütəxəssisləri var, gələcəkdə tam uğur qazana bilər. Mən komandaya ancaq uğur arzulayıram, komanda buna layiqdir. “

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*