N.Hülkenberq: Məqsədim F1-ə qayıtmaqdır

Keçən ilin sonunda Renault ilə müqaviləsi başa çatan alman sürücü komandasız qalmışdı.

F-1.az xəbər verir ki, Niko CNN Sport telekanalına verdiyi müsahibədə Formula1 üçün darıxdığını və geri qayıtmağa ümid etdiyini bildirib.

Niko Hülkenberq: “Qış testləri başlayan vaxt Formula1 barədə çox da düşünmədim. Avropanı tərk eləmişdim. Baxmayaraq ki, nələrin baş verdiyini öyrənmək üçün kimləsə tez-tez əlaqə saxlayırdım, lakin testləri izləmirdim. Sonuncu yarışım olan keçənilki Əbu Dabi Qran Prisindən xeyli vaxt keçib. Artıq gələcəkdə geri qayıtmaq istədiyimi hiss edirəm. Çox yaxın gələcəkdə. İndiki vəziyyətdə isə hamı yarışların başlamasını gözləyir.

Mən buna hazıram. Əsas məqsədim Formula1-ə qayıtmaqdır. Bunun nə vaxt baş verəcəyini indi dəqiq demək mümkün deyil – bir çox nüans var, komandalarla əlaqə saxlayıram və bir şans yaranarsa, mütləq istifadə edəcəm. Aydın məsələdir ki, mübarizəyə imkan verən maşın sürmək istəyirəm. Demirəm ki, qalib gələcəyim maşın olmalıdır, amma ilk onluğa düşə bilməliyəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*