Louson ilk məşqlərdə Ferstappeni əvəz edəcək

Maks Verstappen cümə günü Əbu-Dabidə keçiriləcək ilk məşqləri buraxacaq və onu Carlin üçün Formula2-də yarışan Red Bull Racing gənclər proqramının üzvü Liam Louson idarə edəcək.

F-1.az xəbər verir ki, Milton Keynes mərkəzli komanda reqlamentin tələblərinə cavab verməli və gənc sürücülərə mövsümün ən azı iki mərhələsində müasir yarış avadanlıqlarının sınaqdan keçirməsinə və təcrübə qazanmasına imkanı verməlidir.

Red Bull-un mətbuat xidmətinin bu barədə yaydığı məlumatda deyilir: “Liam Louson RB18-i Abu Dabidə ilk məşqlərdə idarə edəcək”.

20 yaşlı yeni zelandiyalı üçün bu, F1 maşını ilə üçüncü təcrübə olacaq. Liam daha əvvəl Spa və Mexikoda AlphaTauri komandasının maşınını idarə edib.

Red Bull Gənclik Proqramının digər üzvü və eyni zamanda Formula2 pilotu Yuri Vips artıq Barselonakı həftəsonunda Serxio Peresin maşınını idarə edib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*