MakKallou Red Bull-da işə 2027-ci ildə başlayacaq

Bir müddət əvvəl yazmışdıq ki, yaxın vaxtlarda komandadan ayrılaraq McLaren-ə keçəcək Canpyero Lambyazenin varisi Red Bull-da tapılıb və indi bu, rəsmən təsdiqlənib. Aston Martin-in mühəndisi Tom Makkalou gələn mövsümün əvvəlində Red Bull-a qoşulacaq və Lambyazenin yerinə yarış bölməsinin rəhbəri vəzifəsini tutacaq.

“Tomu 2027-ci ilin əvvəlindən komandamızda salamlamaqdan məmnunuq. Onun təcrübə və biliklərinin daha böyük uğurlar qazanmağımıza kömək edəcəyini gözləyirik”, – deyə komandanın bəyanatında bildirilir.

Tom MakKallou avtomobil idmanındakı karyerasına Reynard şirkətində başlayıb, Sauber və Williams-da çalışıb, daha sonra baş yarış mühəndisi, ardınca isə maşınların performans üzrə direktoru vəzifəsində işləmək üçün Force India-ya keçib. 2025-ci ildə MakKallou Aston Martin Performance Technologies-də Formula1-dənkənar layihələrə kurator təyin olunmuşdu, indi isə bu vəzifədən ayrılacaq.

,