Ferrari yeni tərəfdaş tapıb

Ferrari komandası Sinqapur yarışından əvvəl Bitdefender antivirus şirkəti ilə sponsorluq müqaviləsi bağlayıb.

F-1.az xatırladır ki, Ferrari-nin Kaspersky ilə uzunmüddətli müqaviləsi olsa da, Rusiyanın fevralda Ukraynanı işğal etməsinə görə İtaliya komandası məşhur antivirus şirkəti ilə müqaviləni ləğv etmişdi.

“Qırmızılar” artıq onlara layiqli əvəzedici tapıb. Ferrari hazırda 2001-ci ildə Ruminiyada qurulmuş, hazırda ABŞ-da fəaliyyət göstərən Bitdefender-lə çoxillik müqavilə bağlayıb.

Bitdefender antivirus bazarının liderlərindən biridir. Şirkətin loqotipi hələlik sürücülərin dəbilqələrində və boliddə olacaq. Gələn ildən paltarlara da yapışdırılacaq.

Mattia Binotto: “Yeni tərəfdaşlığa başladığımız üçün qürurluyuq. Bitdefender və Ferrari-nin fəlsəfələri və ənənələri eynidir. Bitdefender kimi yenilikçi, sağlam və hazırda təhlükəsizlili ilə fərqlənən ortaqla işləmək bizim üçün zövqdür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*