Ferrari şassinin yeni versiyasını hazırlayır

Ferrari mühəndisləri F2012 şassisini yeni versiyasını hazırlayırlar ki, mövsümün əvvəlində ortaya çıxan problemləri həll etsinlər. Şassinin əsas problemi döngələrin çıxışında […]

Ferrari mühəndisləri F2012 şassisini yeni versiyasını hazırlayırlar ki, mövsümün əvvəlində ortaya çıxan problemləri həll etsinlər. Şassinin əsas problemi döngələrin çıxışında effektsizlik və qeyri-stabillikdir.

İtaliyanın Autosprint jurnalının verdiyi məlumata görə, Ferrari mühədnisləri F2012-nin arxa hissəsinin əvvəlki konsepsiyasından imtina etməli olublar, yeni versiya Sauber və Red Bull maşınlarında gördüyümüz konsepsiyanın nüsxəsi olacaq – bu komandaların mütəxəsisləri cari reqlament çərçivəsində işlənmiş qazların axınından maşının arxa hissəsində asfalta yatma qüvvəsinin artması üçün istifadə edə biliblər.

Yeni şassinin debüt tarixi hələ məlum deyil, amma qeyri-rəsmi məlumatlara görə, komanda yeni şassi Mucello testlərində yoxlamağa hazırlaşır. Əgər yeni şassi effktiv olarsa, İspaniya Qran Prisində komanda yeni maşınla gələcək.