15 Dekabr 2019, Bazar - 06:42

Ferrari M.Şumaherin qayıtmasını istisna edib

Ferrari M.Şumaherin qayıtmasını istisna edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:05 - 27 Avqust, 2009

Valensiyada Luka Badoyerin uğursuz çıxışından sonra şayiələr peyda oldu ki, Mixael Şumaher yenidən yarışlara qayıda bilər. Komandanın başçısı Stefano Domenikali […]

Valensiyada Luka Badoyerin uğursuz çıxışından sonra şayiələr peyda oldu ki, Mixael Şumaher yenidən yarışlara qayıda bilər. Komandanın başçısı Stefano Domenikali bu şayiələri təkzib etməli olub…

Stefano Domenikali: “Mixael məşqlərə davam edir, amma mən onun bu il yarışlara qayıtmasını tamamilə istisna edirəm. Luka öz işinin öhdəsindən gəldi, Mixaelə də Valensiyada asan olmayacaqdı – bu çətin və yeni trasdır. Onun yarışlara yanaşması həmişə aqresiv olub. O uğur qazana bilərdimi? Bəlkə də, əgər o buna əmin olmasa idi, qayıtmağa hazırlaşmazdı.”

Belçika Qran Prisindən sonra Ferrari bir daha vəziyyəti təhlil edəcək və mövsümün qalan yarışlarında sükan arxasına kimin oturması barədə qərar qəbul edəcək. Namizədlər sırasında Cankarlo Fizikellanın, Əntoni Dəvidsonun, Sebastyen Burdenin, Nelsinyo Pikenin və Niko Hülkenberqin adları çəkilir….


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 267
Teqlər
Paylaş

logo