F.Briatore yenə də Formula1-i tənqid edib

2008-ci il Sinqapur Qran Prisindəki qalmaqala görə idmandan kənarlaşdırılmış Renault komandasının keçmiş başçısı Flavio Briatore növbəti dəfə müasir Formula1-i tənqid […]

2008-ci il Sinqapur Qran Prisindəki qalmaqala görə idmandan kənarlaşdırılmış Renault komandasının keçmiş başçısı Flavio Briatore növbəti dəfə müasir Formula1-i tənqid atəşinə tutub.

Onun fikrincə, istənilən yaxşı sürücü keçən il RB7-nin sükanı arxasında titul qazana bilərdi…

Flavio Briatore: “Əsl şou yalnız yağış yağanda başlayır. Əgər GP2 maşınlarını götürüb sükan araxsına 6 dünya çempionunu otuzdursanız, yarışlar daha maraqlı olar.

Müasir Formula1 maşınları aerodinamik borularda hazırlanır, mühəndislər heç trasa da gəlmirlər, komandalarsa eyni şassilərin hazırlanmasına 200 milyon Avro xərcləyirlər.

Keçən il çempionat elə birinci yarışdan sonra qurtarmışdı və bu ildə eyni ilə olacaq: McLaren komandası Red Bull-a 0.2, Mercedes AMG 0.3, Ferrari və Lotus isə 0.4-0.7 saniyə uduzacaqlar.

Formula1-də 0.2 saniyə futboldakı 2:0 hesabına bərabərdir. Fernando Alonsonu Formula1-in Lionel Messisi hesab etmək olar, amma əgər Ferrari rəqabətədavamlı deyilsə, o heç nə edə bilməyəcək…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*